İdman 01:42 / 07.12.2025
"Barselona" klubu futbol üzrə İspaniya La Liqasında növbəti qələbəsini qazanıb.
Kataloniya təmsilçisi La Liqanın 16-cıturunda səfərdə "Real Betis"ə qalib gəlib -3:5. Hans Flikin komandasının heyətində qolları Ferran Torres (11, 13, 40), Roni Barci (31) və Lamin Yamal (59, p)vurub. Meydan sahiblərinin heyətində isə Antoni (6), Dieqo Lorente (85) və Kuko Hernandes (90) vurub. Beləliklə, qələbə sayəsində aktivinə 3 xal yazdıran "Barselona" klubu 40 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar bir oyun az keçirlən ən yaxın izləyicisi "Real Madrid"i 4 xal qabaqlayır. "Real Betis" isə 24 xalla beşincidir.