XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



Azərbaycan çempionatında ilk yarış gününün qalibləri müəyyənləşdi
İdman 20:58 / 05.12.2025

Dekabrın 5-də cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatına start verilib.

Bakı İdman Sarayında keçirilən çempionatın ilk günündə qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 107 cüdoçu tatami üzərinə çıxıb. Qadınlarda -63 kq, -70 kq, -78 kq və +78 kq, kişilərdə isə -60 kq, -66 kq və -73 kq kateqoriyalarında mükafatçılar müəyyənləşib.İlk yarış gününün nəticələrinə əsasən Nilgün Rzayeva (63 kq), Südabə Ağayeva (70 kq), Günel Həsənli (78 kq), Mədinə Kaisinova (+78 kq), Balabəy Ağayev (60 kq), Nazir Talıbov (66 kq) və Kamran Süleymanov (73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüb. Hazırda "Judo Club 2012" klubu 1 qızıl, 3 gümüş medalla ümumi medal sıralamasına başçılıq edir. Balaxanı İdman Mərkəzi 1 qızıl, 1 gümüş medalla ikinci, "Neftçi" İdman Klubu isə 1 qızıl, 5 bürünc medalla isə üçüncüdür.

Qeyd edək ki, ilin son yarışında50 klub və idman cəmiyyətindən 206 cüdoçu (154 kişi, 52 qadın) ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparır.


5632 oxunub

InvestAZ