Kiprin "Pafos" klubunun futbolçusu David Luis UEFA Çempionlar Liqasında qol vuran ən yaşlı ikinci futbolçu olub.
38 yaşlı braziliyalı müdafiəçi buna ötən gün Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində "Mokao" klubu ilə qarşılaşmada nail olub. "Sambaçı" matçın 18-ci dəqiqəsində qolla yadda qalıb. O, bu nominasiyada yalnız Pepedən geri qalır. Belə ki, portuqaliyalıPepe40 yaş, 290 günlüyündə qol müəllifi olmuşdu.