Tennis üzrə italiyalı dördqat "Böyük Dəbilqə" çempionu Yannik Sinner bu mövsüm unikal bir nailiyyət qazınıb.
Olimpiyadunyasi.com xəbər veriri ki, 2025-ci ildə dünyanın iki nömrəli tenissçisi 64 matç keçirib. 775 oyundan 713-də servisdə qalib tərəf olub - 92 faiz. O, 757 oyundan 247-də geridönüş edib ki, bu da 32,63 faiz uğur nisbətidir. İtaliyalı tennisçi statistika toplamaqda liderlik edərək ispaniyalı Karlos Alkarazı (31.88), avstraliyalı Aleks de Minauru (28.80), argentinalı tennisçilər Fransisko Serundolonu (28.67) və Sebastian Baezi (28.54) mübarizədən kənarlaşdırıb.
Məlumat üçün bildirək ki, 2025 mövsümündə Yannik Sinner Avstraliya Açıq və Uimbldon, ATP Finalları və Paris Masters, eləcə də Vyana və Pekində keçirilən turnirlərdə qalib gəlib.
195 oxunub