XƏBƏR LENTİ
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025



Çingiz Hüseynzadə: “Bu il I Avropa Oyunlarının 10 illik yubileyini qeyd edirik”
İdman 15:02 / 28.10.2025

"Bu il I Avropa Oyunlarının 10 illik yubileyidir. MOK bu yubiley münasibətilə xüsusi tədbir keçirdi. İyun ayında isə "Bakı 2015 – Süni İntellekt və İdmanda İnnovasiya” müsabiqəsini elan etdik”.
Olimpiyadunyasi.com xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Bakı 2015 - Süni İntellekt və İdmanda İnnovasiya” beynəlxalq müsabiqəsinin mükafatlandırma mərasimindən sonra jurnalistlərə verdiyi müsahibəsində qeyd edib.
MOK rəsmisi bildirib ki, müsabiqəyə təkcə Bakıdan deyil, xarici ölkələrdən də iştirakçılar qatılıblar:
"Bu gün keçirilən tədbirdə beynəlxalq müsabiqənin qalibləri mükafatlandırıldı. Münsiflər heyətində İspaniya, Türkiyə və Azərbaycan nümayəndələri təmsil olunmuşdular. Qaliblər arasında həm ölkəmizin, həm də Türkiyənin nümayəndələri yer aldı. Avropa Oyunlarının qaliblərinin bir çoxu da bu tədbirdə iştirak edirdi.
Ümumiyyətlə, biz Azərbaycanın istər idman tarixində, istərsə də siyasi həyatında vacib hadisə olan I Avropa Oyunlarının 10 illik yubileyini qeyd etdik", - deyə Çingiz Hüseynzadə bildirib.


441 oxunub

InvestAZ