XƏBƏR LENTİ
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025



"Yuventus" fransalı futbolçunu izləyir
İdman 18:53 / 27.10.2025
"Udineze"nin mərkəz yarımmüdafiəçisi Artur Atta "Yuventus"un transfer marağını cəlb edib. 
Olimpiyadunyasi.com jurnalist Nikolo Şiraya istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi 22 yaşlı fransız futbolçunu yaxından izləyir. 
Qeyd edək ki, Atta bu yay İtaliya A Seriyasına Fransanın "Metz" klubundan keçib. Yarımmüdafiəçi bu mövsüm doqquz oyunda meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. "Transfermarkt" yarımmüdafiəçini 12 milyon avro dəyərində qiymətləndirir.
 

285 oxunub

InvestAZ