XƏBƏR LENTİ
25 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025



Bakıda keçiriləcək dünya çempionatının tarixi dəyişdirildi
İdman 13:11 / 24.10.2025

Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yeni qərara əsasən, mundial 2026-cı il oktyabrın 4-11-i aralığında təşkil olunacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.

Fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışları isə 11-də keçiriləcək.

Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.

Qeyd edək ki, daha əvvəl mundialın iyulun 9-16-sı aralığında təşkili planlaşdırılmışdı.


386 oxunub

InvestAZ