XƏBƏR LENTİ
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025



Qadın futbolunda yeni bir səhifə açılır
İdman 18:23 / 21.10.2025
Dörd ölkə 2031-ci ildə keçiriləcək futbol üzrə qadınlararası dünya çempionatına birgə ev sahibliyi etmək niyyətindədir.
Olimpiyadunyasi.com ABŞ Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ABŞ, Meksika, Kosta Rika və Yamayka ilə birlikdə turnirə ev sahibliyi etməyi planlaşdırır. Təklif CONCACAF tərəfindən dəstəklənib. Birgə ev sahibliyi qəbul olunarsa, turnir təxminən 4,5 milyon azarkeşi bir araya toplayacaq. Məlumat üçün bildirək ki, ABŞ-ın turnirə ev sahibliyi etmək təklifi aprel ayında elan edilib. Bir ay sonra Meksika bu təklifə qoşulub. Bu yaxınlarda isə daha iki ölkə təklifi müsbət qarşılayıb. Turnirin ev sahiblərinin rəsmi elanı 2026-cı ilin aprelində olacaq. Braziliya 2027-ci ildə keçiriləcək turnirə ev sahibliyi edəcək. Yarışın son qalibi İspaniya millisidir.

473 oxunub

InvestAZ