Lerikdə məktəblilər arasında basketbol üzrə rayon turniri keçirilib. Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə V.İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli, İnternat tipli Gimnaziyanın idman zalında keçirilən turnirdə 4 komanda iştirak edib. Turnirdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin IX-XI sinifdə təhsil alan oğlanlardan ibarət komandalar yarışıblar.
Dairəvi sistem üzrə keçirilən turnirin qalibi E.Səfərov adına Çayrud kənd tam orta məktəbinin komandası olub. A.Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyin komandası ikinci yeri tutub. 3 saylı tam orta məktəbin komandası elə üçüncü yerlə kifayətlənib.
Qalib komandalara Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
448 oxunub