XƏBƏR LENTİ
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025
15 Oktyabr 2025



Sərbəst güləşçilər Masallıda rayon turnirində bir araya gəliblər
İdman 17:20 / 20.10.2025
Masallıda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 Oktyabr–Müstəqilliyin Bərpası Günü ilə əlaqədar yeniyetmələr arasında sərbəst güləş üzrə rayon turniri keçirilib.
Rayonun "Cəngavər" idman zalında təşkil oluna yarışda idmançılar 10 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Turnirin təşkilində əsas məqsəd yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması, həmçinin rayon üzrə istedadlı idmançıların aşkar olunması və onların gələcəkdə daha yüksək səviyyəli yarışlara hazırlanması olub.
Qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.


384 oxunub

InvestAZ