XƏBƏR LENTİ
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Ceyran və nar geri qayıdır: Süni intellektlə idmanın qovşağında beynəlxalq müsabiqə
İdman 15:19 / 14.07.2025

Bakı-2015 I Avropa Oyunlarının sevimli maskotları - Ceyran və Nar on il sonra yenidən ictimaiyyətin diqqət mərkəzindədirlər. Bu dəfə onlar nostalji hissləri oyatmaqla yanaşı, eyni zamanda texnologiya və idmanın vəhdətini simvolizə edən mühüm bir xəbərlə qayıdıblar.

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Avropa Olimpiya Komitələri ilə birgə, Olimpiya Həmrəyliyi və Türkiyə Milli Olimpiya Komitəsinin dəstəyi ilə Bakı 2015-in 10 illiyi münasibətilə "Süni intellekt və idman innovasiyaları” müsabiqəsini elan edib. Müsabiqənin məqsədi 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunlarının irsini yad etməklə yanaşı, süni intellektin imkanları vasitəsilə Avropa idmanının gələcəyini yenidən təsəvvür etməkdir.

12 iyun - 12 sentyabr 2025-ci il tarixlərini əhatə edən beynəlxalq müsabiqə süni intellekt alətləri ilə yaradılmış vizual kontent - video və ya foto əsərləri əhatə edir. Qalib seçimində aşağıdakı meyarlar əsas götürüləcək: mövzuya uyğunluq (20 bal), yaradıcılıq və orijinallıq (20 bal), süni intellekt alətlərindən istifadə səviyyəsi (20 bal), bədii və vizual təsir (15 bal), mesajın emosional təsiri (15 bal) və texniki keyfiyyət (10 bal).

Müsabiqədə yalnız 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər. Təqdim olunan əsərlərin maksimal uzunluğu 1 dəqiqə olmalıdır.

Müsabiqənin qalibləri dəyərli mükafatlarla təltif olunacaqlar. Beynəlxalq iştirakçılar arasında birinci yerin sahibi Bakı şəhərinə üç günlük səfərlə mükafatlandırılacaq, şəhər gəzintisi və müxtəlif idman obyektlərinə ekskursiya təşkil olunacaq. Azərbaycandan olan qalib isə İstanbul şəhərinə eyni formatda səfər hüququ qazanacaq. Rəsmi mükafatlandırma mərasimi 2025-ci ilin sentyabr ayında keçiriləcək.

Qeyd edək ki, iştirakçılar müsabiqə haqqında daha operativ məlumatları[email protected]ə MOK-un sosial media hesablarından ala bilər.



352 oxunub

InvestAZ