XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Superliqanın bombardiri vətəninə qayıtdı
İdman 13:42 / 11.07.2025
İtaliyanın "Bolonya" klubu mərkəz hücumçusu Çiro İmmobile ilə müqavilə imzalayıb.

"Bolonya" 35 yaşlı futbolçu ilə 1+1 şərti ilə müqavilə imzalasa da, müqavilənin uzadılması variantı hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, İtaliya millisinin keçmiş futbolçusu son mövsümü Türkiyənin "Beşiktaş” klubunda keçirib və boloniyalılar onu azad agent kimi heyətə cəlb ediblər.

İmmobile ötən mövsüm İstanbul klubunun heyətində Türkiyə Superliqasında 30 oyun keçirib, 15 qol vurub və komandanın bombardiri olub.

14889 oxunub

InvestAZ