Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, "LANDAU School”Təhsil Kompleksinin təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında dördüncü LANDAU Şahmat Festivalına yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,müxtəlif yaş kateqoriyasında Ziya Qubatov, Yusif Əhədzadə və Mikayıl Hüseynov birinci yeri tutub. Daniel Konovalov, Fatimə Abdulova və Nurlan Qənizadə ikinci yerdə qərarlaşıb. Vüqar Əlizadə, Mehin Məstiyeva və Mətin Bəkirli bürünc medalçı olub. Qızlar arasında ən yaxşı nəticə göstərən Banu Məmmədzadə, Əsra Baxışova və Xədicə Seyidli xüsusi mükafata layiq görülüb. Komanda yarışlarında 3 nömrəli şahmat məktəbi birincilik əldə edib. "Chess Klub” və 4 nömrəli şahmat məktəbi müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.
Qeyd edək ki, turnirdə müxtəlif şəhər və rayonlardan 150 yeniyetmə mübarizə aparıb.
161 oxunub