XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Voleybol millimizAvropa Gümüş Liqasının oyunları üçün Farer adalarına yollanıb
İdman 15:08 / 19.06.2025

Avropa Gümüş Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi III tur oyunlarına ev sahibliyi edən Farer adalarına yola düşüb

Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

İyunun 20-22-də baş tutacaq maçlarda yığmanın rəqibləri Farer adaları və Avstriya komandaları olacaq.

Qeyd edək ki, 4 turdan sonra aktivində 3 xalı olan Azərbaycan millisi 5-ci pillədə qərarlaşıb.


12792 oxunub

InvestAZ