XƏBƏR LENTİ
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib
İdman 17:13 / 18.06.2025
Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəstəyi, "LANDAU School” Təhsil Kompleksinin təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında dördüncü LANDAU Şahmat Festivalının açılış mərasimi olub.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, tədbirdə federasiyanın birinci vitse-prezidenti Faiq Həsənov, "LANDAU School”un təsisçisi Timur Leznik, Elm və Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev çıxış edərək, turnirin ölkədə şahmatın inkişafına və yeniyetmələrin bu idman növünə olan marağının artmasına dəstək olduğunu bildirib.
Timur Leznik turnirin təşkilatçılığında göstərdiyi dəstəyə görə Faiq Həsənova xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, iyunun 22-də başa çatacaq turnir "LANDAU School”un "Sea Breeze” korpusunda təşkil olunur. Yarışlar 8, 10, 12 yaşadək oğlan və qızlar arasında - şəxsi və komanda hesabında keçirilir. Turnirdə müxtəlif şəhər və rayonlardan 150 yeniyetmə mübarizə aparır. Festivalın baş hakimi Qüdrət İsmayılovdur.


3924 oxunub

InvestAZ