Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Fərdi yarışların beşinci günündə komandamızın daha iki cüdoçusu tatami üzərinə çıxacaq.
Millimizin üzvləri Vüqar Talıbov və Elcan Hacıyev -90 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Avropa çempionumuz Elcan Hacıyev mübarizəyə 1/16 finaldan başlayacaq. Cüdoçumuzun ilk rəqibi Nurbek Murtuzoev (Özbəkistan) - Remi Feullet (Mavriki) görüşünün qalibi olacaq.
Yığmamızın digər üzvü Vüqar Talıbov isə çempionata 1/32 final mərhələsindən qoşulacaq. Onun ilk ilk rəqibi gürcüstanlı Luka Maysuradze olacaq.
Qeyd edək ki, komandamızın aktivində hazırda bir bürünc medal var. Yeganə medalı ölkəmizə -81 kq çəki dərəcəsində qüvvəsini sınayan Zelim Tçkayev qazandırıb. Dünya çempionatının fərdi yarışlarına iyunun 19-da yekun vurulacaq.