XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Barselona" 28-ci dəfə La Liqa çempionu oldu
İdman 01:59 / 16.05.2025

Futbol üzrə İspaniya La Liqasının 36-cu turu "Barselona" üçün əlamətdar olub. 
Səfərdə "Espanyol"la qarşılaşan Fans-Diter Flikin komandası 2:0 hesablı qələbə qazanıb. Matçda hesabı 53-cü dəqiqədə baxımlı qolla fərqlənən Lamin Yamal açıb. Oyunun 90+5-ci dəqiqəsində Fermin Lopes komandasının üstünlüyünü iki topa çatdırıb. Beləliklə, Kotaloniya derbisini qələbə ilə başa vuran "Barselona" çempionatın başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirib. 36 turdan sonra aktivindəki xalların sayını 85-ə çatdıran kataloniyalılar ən yaxın izləyicisi "Real Madrid" üçün əl çatmaz olub. "Kral klubu"nun aktivində isə 36 turdan sonra 78 xal var. 

Xatırladaq ki, "Barselona" sonuncu dəfə iki mövsüm əvvəl, elə "Espanyol"la oyunda qələbə qazanaraq çempionluğunu bayram etmişdi.

Qeyd edək ki, bu, Hans Flikin komandasının 28-ci La Liqa çempionluğu olub. 


18718 oxunub

InvestAZ