"Qolden Steyt Uorriors”da çıxış edən 35 yaşlı basketbolçu Draymond Qrin Şimali Amerika liqasında kobud çıxışlarına görə 4 milyon dollardan artıq cərimə ödəyib.
NBA-nın açıqladığı məlumata görə, 2012/2013 mövsümündən etibarən dördqat çempionluq qazanan Draymond cərimələrə görə 992 min, diskvalifikasiyalara görə isə 3,2 milyon dollar itirib.
Bundan başqa mayın 15-nə keçən gecə Şimali Amerika liqasının rəhbərliyinə və hakimlərə ünvanlanan nalayiq sözlərə görə o, əlavə 50 min dollar ödəməli olacaq.
356 oxunub