Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo "Əl-Nəsr” klubu ilə müqaviləsi başa çatdıqdan sonra Səudiyyə Ərəbistanını tərk etmək istəyir.
"Olimpiyadunyasi.com"un məlumatına görə xəbəri "Marca” qəzeti yayıb. Bildirilir ki, Ronaldo komandasının ölkə çempionatında "Əl-İttihad”a qarşı (2:3) məğlubiyyətini qəzəbli qarşılayıb. Bu nəticədən sonra onun yayda klubu tərk edəcəyi qaçılmazdır. Portuqaliyalı ulduz qarşıdan gələn klublararası Dünya çempionatında oynamaq istəyidir. FİFA 40 yaşlı portuqaliyalını həmin yarışda görmək istəyir. "Əl-Nəsr” turnirə vəsiqə qazana bilmədiyi üçün o, yeni klub axatarışına çıxa bilər.
Qeyd edək ki, Ronaldo 2023-cü ildən etibarən "Əl-Nəsr"də çıxış edir.
200 oxunub