Basketbol Liqası: Final seriyasında gərginlik davam edir
İdman 09:57 / 10.05.2025
Bu gün Azərbaycan Basketbol Liqasında "Sabah” və "Neftçi” komandaları arasında final seriyasının beşinci oyunu keçiriləcək.
İlk dörd oyundan sonra bərabərliyin qeydə alındığı seriyada mübarizə getdikcə gərginləşir. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl keçirilən dörd oyunun ilk ikisində "Sabah" (94:89, 86:77) növbəti iki oyunda isə "ağ-qaralar” (79:76, 84:66) hesablı qələbə qazanmışdı. Hazırda komandaların mübarizəsində hesab 2:2-dir.
Liqanın qalibi adına ilk dörd qələbə qazanan komanda layiq görüləcək.
195 oxunub