XƏBƏR LENTİ
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025



"El Klasiko": “Barselona” və “Real Madrid” “Kral Kuboku”nun finalında üz-üzə gəlir
İdman 09:30 / 26.04.2025
Bu gün İspaniya "Kral Kuboku”nun finalı çərçivəsində dünya futbolunun ən möhtəşəm derbilərindən biri - "El Klasiko” baş tutacaq.
"Olimpiyadunyasi.com" xəbər verir ki, Sevilyadakı "La Kartuja” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Əzəli rəqiblər "Kral Kuboku"nun finalında səkkizinci dəfədir ki, üz-üzə gəlirlər. Əvvəlki yeddi finalın dördündə "Real Madrid", üçündə isə "Barselona" klubu qalib gəlib. Ən son 2014-cü ildə keçirilən finalda Madrid klubu 2:1 hesabı ilə qalib olmuşdu.
"Barselona” Hans Flikin rəhbərliyi altında uğurlu mövsüm keçirir. Komanda La Liqada liderdir və Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Kataloniyalılardan fərqli olaraq isə Madrid "Real”ında işlər qaydasında deyil. Belə ki, bu mövsüm Çempionlar Liqasının dörddəbir finalında "Arsenal” tərəfindən mübarizədən kənarlaşdırılan Karlo Ançelottinin komandası La Liqada əzəli rəqibi "Barselona”dan 4 xal geri qalmaqla ikinci pillədə qərarlaşıb. Komanda "Kral Kuboku”nu qazanaraq mövsümü titulla başa vurmaq istəyir.
Qeyd edək ki, "Real” klubunun finaldan əvvəl hakim qalmaqalı səbəbindən oyundan imtina etdiyi deyilsə də, "Kral klubu” tərəfindən verilən açıqlamada imtina ilə bağlı hər hansı fikrin ortaya çıxmadığı bildirilib.

302 oxunub

InvestAZ