XƏBƏR LENTİ
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025



Yeddiqat dünya çempionu favoritin açıqladı
İdman 10:10 / 26.04.2025

Snuker üzrə ingiltərəli yeddiqat dünya çempionu Ronni OSullivan builki çempionun kim olacağını təxmin edib. Onun fikrincə snuker üzrə dünya çempionatında Cudd Tramp favorit sayılır.

"Cuddla rəqabət apara biləcək çoxlu snuker oyunçuları var. Amma o, şübhəsiz ki, idmanın favoritidir", - deyə Sullivan bildirib.

Ənənəvi olaraq hər il İngiltərənin Şeffild şəhərindəki "Crucible" teatrında keçirilən çempionat aprelin 19-da başlayıb. Qalibin adı mayın 5-də müəyyənləşəcək. Yarışın ümumi mükafat fondu 2 milyon 395 min funt sterlinq təşkil edir. Qalib 500 min funt sterlinq qazanacaq.


202 oxunub

InvestAZ