Futbol üzrə Misli Premyer Liqasında XXXII turun oyunlarına start verilib.
Tovuz şəhər stadionunda təşkil olunan turun açılış oyununda "Turan Tovuz” klubu "Şamaxı” kollektivi ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib -1:1.
Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Kauan Martins 54-cü dəqiqədə fərqlənərək "Turan Tovuz”un hesabda önə keçirib. Lakin Tovuz təmsilçisinin sevinci cəmi iki dəqiqə çəkib. Qarşılaşmanın 56-cı dəqiqəsində Brahim Konate hesabı bərabərləşdirib. Bu oyunda vurulan son qol olub. Bu nəticə ilə "Turan Tovuz” aktivindəki xalların sayını 49-a çatdıraraq turnir cədvəlində dördüncü pillədəki mövqeyini möhkəmləndirib. Aktivində 35 xalı olan "Şamaxı” isə 35 xalla altıncıdır.