XƏBƏR LENTİ
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025



Cüdoçularımız günü iki bürünc medalla başa vurdular
İdman 22:05 / 25.04.2025
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında üçüncü yarış gününə yekun vurulub. 
Olimpnews.az xəbər verir ki, Azərbaycan komandası günü iki bürünc medalla başa vurub. Komandamızın aktivinə növbəti medalları Zelim Tçkayev (-81 kq) və  Murad Fətiyev qazandırıb. 
Bununla da komandamızın Monteneqrodakı qitə çempionatında qazandığı medalların sayı dördə çatıb. Yarışın əvvəlki günlərində millimizin üzvlərindən Əhməd Yusifov (-60 kq) və Rəşid Məmmədəliyev (-73 kq) bürünc medal qazanmışdı. 
Avropa çempionatının fərdi yarışlarına aprelin 26-da yekun vurulacaq. 
407 oxunub

InvestAZ