XƏBƏR LENTİ
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025



Vinisius ilə yeni müqavilə xəbəri təkzib olundu, Haaland üçün danışıqlar başlaya bilər
İdman 12:11 / 25.04.2025

İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisius ilə yeni müqavilə barədə yayılan xəbərlər futbolçunun agenti tərəfindən təkzib edilib. 

"Olimpnews.az" xəbər verir ki, bəzi mənbələrə görə, Vinisiusa mövsüm üçün 15-20 milyon avro maaş təklif edilsə də "sambaçı" bu məbləğlə razılaşmayıb. Braziliyalı futbolçu  klub rəhbərliyindən 30 milyon avro tələb edib. Bu vəziyyət, tərəflər arasında razılığın əldə edilməməsinə səbəb olub.

Əgər Vinisius klubdan ayrılarsa, "Real Madrid" rəhbərliyi Erlinq Haalandın transferi üçün danışıqlara başlamağı planlaşdırır.



338 oxunub

InvestAZ