XƏBƏR LENTİ
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025



Misli Premyer Liqası: Bu gün XXXII tura start verilir
İdman 11:19 / 25.04.2025

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXII turun oyunlarınastart veriləcək.

"Olimpnews.az" xəbər verir ki, turun açılış oyununda"Turan Tovuz” doğma meydanda "Şamaxı”nı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Hazırda "Turan Tovuz” 48 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alır. "Şamaxı” isə 34 xalla yeddincidir.

Oyuna Kamal Umudlunun başçılıq etdiyi hakim briqadası rəhbərlik edəcək. VAR sisteminə Nicat İsmayıllı nəzarət edəcək.

Qeyd edək ki, XXXII tura aprelin 28-də yekun vurulacaq. 


371 oxunub

InvestAZ