XƏBƏR LENTİ
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025



Çingiz Hüseynzadə: “Final oyununda nümayiş olunan ruh və əzmkarlıq Azərbaycan voleybolunun yüksəlişindən xəbər verir”
İdman 23:13 / 24.04.2025

Aprelin 24-də Milli gimnastika arenasında qadın voleybolçular arasında Yüksək Liqada mövsümün final oyunu keçirilib.

 

Həyəcan və gərginlik dolu final mərhələsində "Azərreyl" klubu möhtəşəm əzmkarlıq nümayiş etdirərək "Abşeron"u məğlub edərək Azərbaycan çempionu adını qazanıb.

 

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mərasimdə çıxış edərək, mövsüm ərzində göstərilən əzmkarlığı yüksək qiymətləndirib və "Azərreyl" klubunu çempionluq münasibətilə təbrik edib. O, Azərbaycan Voleybol Federasiyasının son illərdəki fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, final oyununda nümayiş olunan ruh və əzmkarlıq Azərbaycan voleybolunun yüksəlişindən xəbər verir.


467 oxunub

InvestAZ