XƏBƏR LENTİ
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025



"Azərreyl" Yüksək Liqanın çempionu oldu!
İdman 17:23 / 24.04.2025
Qadın voleybolçular arasında Yüksək Liqada mövsümün qalibi müəyyənləşib. Həyəcan və gərginlik dolu final mərhələsinin ikinci qarşılaşmasında "Azərreyl" klubu möhtəşəm əzmkarlıq nümayiş etdirərək "Abşeron"u məğlub edərək Azərbaycan çempionu adını qazanıb.
Milli Gimnastika Arenasında baş tutan görüş arenaya toplaşan  voleybolsevərlərə unudulmaz anlar yaşadıb. İlk oyunda "Abşeron"a 0:3 hesabı ilə uduzan "Azərreyl" bu dəfə tam fərqli əhval-ruhiyyədə meydana çıxıb. Hər setdə üstün mübarizə aparan "Azərreyl" voleybolçuları rəqibinə 3:0 (28:26, 30:28, 25:22) hesabı ilə qalib gəlib. Beləliklə, ümumi nəticəyə görə komandalar bir qələbə əldə etdiyindən çempionun adı "qızıl set”də müəyyənləşib.
Həlledici setdə də daha soyuqqanlı oyun sərgiləyən "Azərreyl" 15:12 hesabı ilə qalib gələrək titulunu qorumağı bacarıb.
Qeyd edək ki, "Azərreyl" ötən mövsümdə də finalda məhz "Abşeron" üzərində qələbə qazanaraq ölkə çempionu olmuşdu. 
295 oxunub

InvestAZ