XƏBƏR LENTİ
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025



Azərbaycan Basketbol Liqasında sonuncu yarımfinalçının adına aydınlıq gələcək
İdman 12:29 / 24.04.2025
Bu gün Azərbaycan Basketbol Liqasında sonuncu yarımfinalçının adına aydınlıq gələcək.
"Olimpiyadunyasi.com” xəbər verir ki, pley-off mərhələsinin son oyununda "Abşeron" və "Naxçıvan" komandaları üz-üzə gələcək. Bakı İdman Sarayında təşkil olunacaq oyuna saat 19:00-da start veriləcək.
Komandalar arasında təşkil olunan ilk iki oyunda tərəflər hərəyə bir qələbə qazanıblar. Cütün taleyini həll edəcək axşamkı oyunda qalib gələn komanda yarımfinalda "Neftçi"yə rəqib olacaq.
Digər yarımfinal qarşılaşmasında isə "Sabah" və "Şəki" klubları üz-üzə gələcək.
546 oxunub

InvestAZ