XƏBƏR LENTİ
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025



Yüksək Liqada çempion bu gün məlum olacaq
İdman 10:55 / 24.04.2025

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada final mərhələsinin ikinci oyunu təşkil olunacaq. Qalibin adına aydınlıq gələcək həlledicioyunda"Abşeron" və "Azərreyl" komandaları qarşılaşacaq. Milli Gimnastika Arenasında təşkil olunacaq oyuna saat 15:00-da start veriləcək. Bu komandalar arasında aprelin 21-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən ilk oyunda "Abşeron" komandası 3:0 hesablı qələbəyə sevinmişdi. Bu nəticə onlara üstünlük qazandırsa da, hələ çempion adını rəsmiləşdirmək üçün qarşıdakı oyunda da sərfəli nəticəqazanmalıdır.

Reqlamentə əsasən, çempion iki oyunun nəticəsinə görə bəlli olacaq. Əgər hər iki komanda bir qələbə qazanarsa və ümumi xallar bərabər olarsa, "qızıl set” oynanılacaq.


530 oxunub

InvestAZ