XƏBƏR LENTİ
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025



Bu gün daha iki cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
İdman 08:05 / 24.04.2025
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.  
"Olimpnews.az" xəbər verir ki, ikinci yarış günündə komandamızın daha iki idmançısı tatami üzərinə çıxacaq. 
Təmsilçilərimizdə -73 kq çəki dərəcəsində 1/16 final mərhələsində Rəşid Məmmədəliyev Böyük Britaniya idmançısı Benjamin Levi ilə qarşılaşacaq. 
-57 kq çəki dərəcəsində isə 1/16 finalda Fidan Əlizadə Latviyalı Anastasiya Sokiryanska ilə üz-üzə gələcək.
Qeyd edək ki, komandamızın aktivində hazırda bir bürünc medal var. Yeganə medalı yığmamıza Əhməd Yusifov (-60 kq) qazandırıb. 
47 ölkədən 414 (229 kişi, 185 qadın) cüdoçunun iştirak etdiyi çempionatın fərdi yarışlarına aprelin 26-da yekun vurulacaq. Növbəti gün isə cüdoçular qarışıq komanda yarışlarında güclərini sınayacaqlar. 

659 oxunub

InvestAZ