Almaniyanın "Ayntraxt"klubu Fransanın "Strazburq" omandasında çıxış edən gənc ulduz Dilan Bakvanı transfer etmək üçün ciddi addımlar atır. Klub rəhbərliyi 21 yaşlı futbolçunun xidmətləri üçün 30 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Mənbələrə əsasən, artıq tərəflər arasında ilkin danışıqlara start verilib. Frankfurt təmsilçisi, Bakvanın texniki bacarıqları və hücum potensialı ilə heyətini gücləndirmək niyyətindədir. Gənc fransalı futbolçu cari mövsümdə Ligue 1-də sərgilədiyi oyunla bir sıra Avropa klublarının diqqətini çəkib.
Xatırladaq ki, Dilan Bakva 2023-cü ildən etibarən "Strazburq"un əsas heyətində yer alır.