XƏBƏR LENTİ
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025



Ərəblər "Barselona"ya hücum planlaşdırır
İdman 12:24 / 23.04.2025

"Barselona"nın 4 futbolçusu bu yay Səudiyyə Ərəbistanına keçə bilər. Sport.es-in məlumatına görə, Kataloniya komandasının bu mövsüm göstərdiyi nəticələr Səudiyyə Ərəbistanı klublarının diqqətini çəkib.

Belə ki, Kristianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubu müdafiə xəttini Ronald Arauxo və Jül Kunde ilə gücləndirmək istəyir. "Əl-Hilal” braziliyalı Rafinya, "Əl-İttihad” isə mərkəz yarımmüdafiəçisi Frenkie de Yonq üçün hərəkətə keçib.

Xatırladaq ki, "Barselona" İspaniya kubokunun finalına, Çempionlar Liqasının yarımfinalına yüksəlib və La Liqada liderdir.


707 oxunub

InvestAZ