Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Təşkil olunacaq iki qarşılaşmadan sonra final mərhələsinin iştirakçılarının adlarına aydınlıq gələcək.
Günün ilk oyunu saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. "Qarabağ” klubu öz meydanında "Araz-Naxçıvan”ı qəbul edəcək. Bu komandalar arasında ilk görüşdə Naxçıvan klubu 1:0 hesablı qələbə qazanıb.
Axşam saatlarında isə digər finalçının adına aydınlıq gələcək. "Bank Respublika Arena”da "Sabah” klubu doğma azarkeşləri önündə "Neftçi”ni sınağa çəkəcək. Görüş saat 20:00-da start götürəcək. Bu cütdə də ilk qarşılaşmada paytaxt təmsilçisi "Sabah” 2:1 hesabı ilə üstün olmuşdu.
Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda təşkil olunacaq.
628 oxunub