XƏBƏR LENTİ
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025



U-16 voleybol yığmamız Avropa çempionatının II mərhələsində gücünü sınayacaq
İdman 12:12 / 23.04.2025

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət voleybol komandası Avropa çempionatının ikinci təsnifat mərhələsində iştirak etmək üçün İspaniyaya yollanıb.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən aldığımız məlumata görə, komandamız B qrupunda mübarizə aparacaq. Qrupda millimizin rəqibləri meydan sahibi İspaniya ilə yanaşı, Estoniya və Avstriya yığmaları olacaq.
Yığmamızın baş məşqçisi Cahangir Seyed Abbasi kollektivə bu vacib turnirdə rəhbərlik edəcək.
Xatırladaq ki, Avropa birinciliyinin bu mərhələsi aprelin 25-dən 27-dək İspaniyada keçiriləcək. Turnirin ikinci təsnifat raundunda 20 komanda beş qrupda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan komandalarla yanaşı, ən yaxşı nəticə göstərən iki üçüncü yer sahibi də final mərhələsinə yüksələcək.



754 oxunub

InvestAZ