XƏBƏR LENTİ
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025



U-17 Liqa yarışında ikinci günün qalibləri müəyyənləşdi
İdman 00:22 / 23.04.2025
U-17 yeniyetmələr arasında cüdo üzrə Liqa yarışının I turunda mübarizə maraqlı və gərgin qarşılaşmalarla davam edir. Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın ikinci günündə oğlanlar və qızlar arasında altı çəki dərəcəsində mükafatçılar müəyyənləşib. 
Oğlanların -55 kq çəki dərəcəsində "Neftçi" İdman Klubunun təmsilçisi Nizami Savalanlı qızıl medala sahib çıxıb. Sumqayıt şəhəri 1 nömrəli İOEUGİM-in cüdoçusu Əli Əlizadə gümüş medal qazanıb, Fərid Xudiyev və "Judo Club 2012"nin idmançısı İsa Niyazov isə üçüncü yeri bölüşüblər. -73 kq çəki dərəcəsində isə Sumqayıt Cüdo Klubunun üzvü Emin Qarayev hamıdan üstün olub. Gümüş medalı "Judo Club 2020"nin cüdoçusu Şəhriyar Ağayev qazanıb. Üçüncü pillədə Bakı şəhəri 2 nömrəli və 13 nömrəli İOEUGİM-in idmançıları – Kənan Rəhimov və Yaqub Məmmədov qərarlaşıblar.
Qızların mübarizəsində -44 kq çəki dərəcəsində "Champion 74" klubunun təmsilçisi Nigar Heydərzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM-in cüdoçusu Fatimə Abdullayeva ikinci, Bakı şəhəri 2 nömrəli İOEUGİM-dən Pərvin Sevxanlı və RKİM-dən Nərgiz Məmmədova isə üçüncü yerləri bölüşüblər. -57 kq-da Bakı şəhəri 13 nömrəli İOEUGİM-in üzvü Gülnaz Məmmədtağıyeva birinci yeri tutub. Sumqayıt şəhəri 2 nömrəli İOEUGİM-dən Səma Vəlizadə ikinci yerin sahibi olub. "Neftçi" İK-dən Zöhrə Tağızadə və Qədiroğlu İK-dən Nəzakət Vəliyeva isə üçüncü yerlə kifayətləniblər.
-70 kq çəki dərəcəsində RKİM-in cüdoçusu Fidan Cəlilli qızıl medala yiyələnib. Qəbələ İK-nin təmsilçisi Rəna Əhmədova gümüş, "Judo Club 2012"dən Məsumə Məmmədli və İdman Sumqayıt komandasından Sümeyya Nuriyeva isə bürünc medal qazanıblar. +70 kq çəki dərəcəsində Bakı şəhəri 2 nömrəli İOEUGİM-in yetirməsi Zemfira Əliyeva birinci yerin sahibi olub. Sumqayıt şəhəri 1 nömrəli İOEUGİM-in cüdoçusu Aişə Jestekina ikinci, Şuşa UGİM-dən Xədicə Quluzadə və İdman Sumqayıt təmsilçisi Arzu Rəşidova isə üçüncü yeri bölüşüblər.
Qeyd edək ki, Liqa yarışının ilk turuna 101 klub və idman cəmiyyətindən ümumilikdə 852 (677 oğlan, 175 qız) cüdoçu qatılıb. 


951 oxunub

InvestAZ