2022-ci ildə cəmi 22 ədəd istehsal edilmiş "Aston Martin DBR22" aprelin 23-də RM "Sothebys" onlayn hərracında satışa çıxarılacaq. 1950-ci illərin əfsanəvi idman avtomobilindən ilhamlanan bu marka 2024-cü ildə Niderland Qran Prisi zamanı Fernando Alonso tərəfindən imzalanıb.
"Aston Martin DBR22" kapotunun altında 533 kVt (725 at gücü) hasil edən 5,2 litrlik tvin-turbo AE31 V12 mühərriki 8 pilləli avtomatik transmissiya ilə birləşdirilib. Avtomobilə 100 km/saat üçün 3,5 saniyə kifayət edir. Yaşıl rənglə boyanmış avtombil cəmi 177 km yol qət edib.Hərracda lotun gözlənilən qiyməti 1,9-2,1 milyon avro aralarında müəyyənləşdirilib.