XƏBƏR LENTİ
18 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Çempionlar Liqasında həyəcan davam edir: Bu gün daha iki 1/4 final qarşılaşması keçiriləcək
İdman 09:57 / 09.04.2025
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində daha iki qarşılaşma təşkil olunacaq.
Avropanın nəhəng klublarını üz-üzə gətirən bu mərhələdə Fransanın PSJ komandası öz meydanında İngiltərənin sürpriz çıxışları ilə yadda qalan "Aston Villa” klubunu qəbul edəcək. Paris təmsilçisi, ulduz futbolçularının fərdi ustalıqlarına güvənərək üstünlük əldə etməyə çalışacaq. "Aston Villa” isə bu mərhələyə qədər göstərdiyi əzmkar oyunla növbəti sensasiyaya imza atmaq niyyətindədir.
Günün digər görüşü İspaniyada baş tutacaq. "Barselona” doğma meydanda Almaniyanın döyüşkən təmsilçisi Dortmund "Borussiya”sını qəbul edəcək. Hər iki komanda üçün bu qarşılaşma böyük əhəmiyyət kəsb edir, çünki yarımfinala bir addım qalır. "Barselona” ev üstünlüyündən maksimum istifadə etməyə çalışacaq, "Borussiya” isə səfərdən əlverişli nəticə ilə dönmək üçün mübarizə aparacaq.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


1500 oxunub

InvestAZ