"Liverpul" hücumçu Məhəmməd Salah və müdafiəçi Virgil van Diyki heyətdə saxlamağa yaxındır. "The Athletic" xəbər verir ki, hər iki futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatır. Oyunçularla müqavilənin uzadılması ilə bağlı danışıqlar müsbət nəticə verib. Qeyd edək ki, Salah bu mövsüm 27 qol və 17 məhsuldar ötürmə ilə Premyer Liqanın bombardiri və assistentidir.