Madrid "Real"ı Çempionlar Liqasının 1/4 finalında "Arsenal”ı məğlub edə bilməsə, baş məşqçisi Karlo Ançelotti klubu tərk edə bilər. Belə olan halda "kral klubu" böyük ehtimalla yayda Xabi Alonsonunun xidmətlərindən yararlanmaq niyyətindədir. Ançelotti isə Braziliya millisi ilə müqavilənin ilkin şərtlərini qəbul edib.