XƏBƏR LENTİ
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



"Genuyalılar" Mançiniyə inanırlar
İdman 17:24 / 08.04.2025

İtaliyalı mütəxəssis Roberto Mançini yenidən vətəninə qayıda bilər. Jurnalist Canluka di Marzionun sözlərinə görə, "Sampdoriya" rəsmiləri məşqçi ilə müqavilə bağlamaqda maraqlıdır. "Genuyalılar" baş məşqçiləri Leonardo Sempliclə yollarını ayırdıqları üçün bu post hələ ki, boş qalıb. 

Qeyd edək ki, "Sampdoriya” 32 xalla B Seriyasında aşağı liqa zonasındadır. Klub rəhbərliyi Mançininin vəziyyəti dəyişə biləcəyinə ümid edir.


714 oxunub

InvestAZ