XƏBƏR LENTİ
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı başlayır
İdman 10:07 / 08.04.2025

Bu gecə futbol dünyasının ən nüfuzlu turnirlərindən biri olan UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk qarşılaşmalarına start veriləcək.

İlk oyun günündə azarkeşləri iki möhtəşəm duel gözləyir. Turnirin son qalibi "Real Madrid” səfərdə İngiltərənin iddialı klubu "Arsenal”la qarşılaşacaq. Digər görüşdə isə Almaniya təmsilçisi "Bavariya” Münhendə İtaliya nəhəngi "İnter”i qəbul edəcək.

Hər iki qarşılaşma bu axşam, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Xatırladaq ki, 1/4 final mərhələsinin növbəti iki oyunu aprelin 9-da keçiriləcək.


1015 oxunub

InvestAZ