XƏBƏR LENTİ
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Azərbaycan karateçiləri Bakıda Qran-Pri turnirində birinci yeri tutdu
İdman 16:32 / 07.04.2025

Azərbaycanın karateçiləri Bakıda keçirilən Qran-Pri turnirində böyük uğur əldə edərək medal sıralamasında birinci yeri tutublar. Azərbaycan Karate Federasiyasının məlumatına görə, təmsilçilərimiz yarışda 177 medal qazanıb. Bu medallardan 42-si qızıl, 49-u gümüş və 86-sıbürüncdür.

Yarışda Azərbaycan karateçiləri həm fərdi, həm də komanda şəklində uğurlu çıxış ediblər. .

Qazaxıstan 11 qızıl, 4 gümüş və 8 bürünc medal ilə ikinci yeri, Türkiyə isə 8 qızıl, 8 gümüş və 7 bürünc medal ilə üçüncü yeri tutub.

Qeyd edək ki, yarış Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən "Azərbaycan Karate Təşkilatı”nın təşkilatçılığı ilə baş tutub. Tədbirdə 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi iştirak edib. Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında keçirilib.



1291 oxunub

InvestAZ