NHL-də çıxış edən "Colorado Avalanche"nin hücumçusu Nathan MacKinnon "Çikaqo Blekhawks"la görüşdə iki məhsuldar ötürmə müəllifi olub - 3:0. Bu qələbədən sonra MacKinnon NHL-də 1000 xala çatan hokkeyçilər sırasında yer alıb. Buna nail olmaq üçün kanadalı forvard 856 oyun keçirib. Natana qədər eyni nəticəni Co Sakic və Peter Stastni bacarmışdı.