"Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin "İstiqlal”a qarşı cavab oyununda (3:0) qalib gəldikdən sonra paylaşım edib."Dörddəbir final. Hələ mübarizə davam edir!" - deyə Ronaldo sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, bu komandalar arasında ilk görüş qolsuz bərabərliklə başa çatmışdı. AFC Çempionlar Liqasının daha bir 1/4 finalçısı "Əl-Sədd" olub. Onlar "Əl-Vasl"ı mübarizədən kənarlaşdırıblar (3:1, 4:2).