XƏBƏR LENTİ
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



Çempionlar Liqası: Bu gün 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək
İdman 12:07 / 11.03.2025

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında1/8 final mərhələsinin cavab oyunları keçiriləcək. İlk oyun günündə 4 qarşılaşma təşkil olunacaq. Günün ilk oyunu İspaniyada baş tutacaq. "Barselona” klubu doğma meydanda "Benfika”nı qəbul edəcək. Bu komandalar arasında Portuqaliyada keçirilən ilk oyun kataloniyalıların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Günün digər oyunları saat 00:00 start götürəcək. "Liverpul” "Enfild"də PSJ-ni qəbul edəcək. Bu komandaların Fransada keçirilən ilk oyunu "mersisaydlılar"ın minimal hesablı qələbə ilə yekunlaşıb -0:1. Digər oyunda "Feyenoord” səfərdə "İnter”in qonağı olacaq. Niderland təmsilçisi doğma meydanda İtaliya klubuna 0:2 hesabı ilə uduzub. "Bavariya” isə ilk oyunda doğma meydanda 3:0 hesabı ilə qalib gəldiyi "Bayer 04”lə bu dəfə səfərdə üz-üzə gələcək. 

Qeyd edək ki, 1/8 finalın digər dörd cavab oyunu sabah keçiriləcək.


349 oxunub

InvestAZ