XƏBƏR LENTİ
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



Avropa Kuboku 5 medalla yadda qaldı
İdman 23:54 / 09.03.2025

Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokunu 5 medalla tamamlayıblar.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışın ikinci günündə idmançılarımız bir gümüş və bir bürünc medalla yadda qalıblar.

Oğlanlar arasında 73 kq çəkidə Ayxan Həsənli gümüş medalın sahibi olub. 90 kq çəki dərəcəsində tatamiyə çıxan Səid Hüseynov isə bürünc medala yiyələnib.

Qeyd edək ki, ilk yarış günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanmışdı.

Beləliklə, Avropa Kubokunu 5 medalla (2 gümüş və 3 bürünc) başa vuran millimiz ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.


465 oxunub

InvestAZ