XƏBƏR LENTİ
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



"Zirə" qələbə sayəsində ikinci pillədəki mövqeyini möhkəmləndirdi
İdman 20:10 / 09.03.2025

Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib. "Zirə" klubu doğma meydanda turnir cədvəlinin autsayderi "Səbail"lə qarşılaşıb. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 90+6-cı dəqiqədə Ruan Renato vurub.

Xallarını 51-ə çatdıran meydan sahibləri ikinci, "dənizçilər” isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıblar.



500 oxunub

InvestAZ