XƏBƏR LENTİ
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



Dünya Kubokuna yekun vuruldu
İdman 14:14 / 09.03.2025

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub.

Son yarış günündə qadınlar gimnastika tiri və sərbəst hərəkətlərdə, kişilər isə dayaqla tullanma, dəstəli at və turnikdə birinci olmaq üçün mübarizə aparıblar.

Dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan Tixonov isə səkkizinci yeri tutublar.

Ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov qızıl medal qazanıb. Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.

Dörd gün davam edən yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku da təqdim olunub.

Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.


534 oxunub

InvestAZ