XƏBƏR LENTİ
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



Boksçumuz beynəlxalq turnirin finalına vəsiqə qazandı  
İdman 11:01 / 09.03.2025

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu "Adriatik incisi” beynəlxalq turnirində yarımfinal mərhələsinin görüşləri keçirilib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, gənc boksçumuz Zidan Hümbətov (54 kq) beynəlxalq turnirin final mərhələsinə vəsiqə qazanıb. O, finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə gəlib.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Z.Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Boksçumuzun finaldakı rəqibi qazaxıstanlı Aldiyar Bahadur olacaq.

Digər boksçularımızdan Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) isə turniri bürünc medalla başa vurublar.




739 oxunub

InvestAZ